P
PHP server və istifadə arasında sorğuların icrası üçün yaradılmış proqramlaşdırma dilidir. Bu səbəbdən form məlumatlarının toplanması, serverdə faylları idarə etmək, verilənlər bazasını dəyişmək və s. kimi server tərəfli funksionallıqları icra etməkdədir.
Bu dil əslən Rasmus Lerdorf tərəfindən fərdi ana səhifəsinə gələn istifadəçilərin bilmək üçün yaradılmışdırr. Populyarlığı artdıqca, Lerdorf nəhayət PHP-ni açıq mənbə layihəsi kimi buraxdı. Bu qərar proqramçıları ondan istifadə etməyə, onu düzəltməyə və kodu təkmilləşdirməyə təşviq etdi. Beləliklə, PHP nəhayət bu gün istifadə etdiyimiz proqramlaşdırma dilinə çevrildi.
PHP hərtərəfli proqramlaşdırma dili kimi görünsə də, ən çox veb inkişafı üçün istifadə olunur. Proqramlaşdırma dili olduğu üçün kodlarınız istifadəçilər tərəfindən görsənmir. HTML vasitəsilə göstərmək istədiyiniz məlumatları yerləşdirə bilərsiniz.
PHP səhifəsinin bir nümunəsi isə Facebook’da görə bilərik. Ana səhifəsinə daxil olun və URL-nin .php ile bitdiyini görəcəksiniz (facebook.com/home.php).
PHP istifadə edərək necə kod yazmağı öyrənmək istəyirsinizsə, sizə kiçik nümunə göstərə bilərik:
<?php
echo ‘Hello World!’;
?>
Siz serverinizdə hello.php adında fayl yaradaq yuxarıdakıları yazırsınız. Bu kodunuza baxmaq üçün brovserinizdə "saytınızın.adı/hello.php" yazaraq daxil ola bilərsiniz.
Bu PHP faylının nəticəsi HTML-də belə görünəcək:
Hello World!
Bu sizə göstərə biləcəyimiz ən sadə PHP kodudur. Burada biz istədiyimiz məlumatı ekrana çap etmək üçün kod yazdıq. Sizin PHP-də yazdığınız kodlar istifadəçiyə brovser tərəfindən HTML olaraq göstərilməkdədir.
PHP sizə rahatlıq təklif edir. Veb sayt üzərindən ağılınızdan keçə biləcək istənilən layihəni reallaşdırmaq üçün çox əlverişli proqramlaşdırma dilidir.
Rahatlığı ilə məşhur olmuş WordPress PHP istifadə edilərək yazılmışdır. Yəni bu dili istifadə edərək Wordpress-də belə öz fərdi qoşmalarınızı yaza biləcəksiniz Egər bir WordPress proqramçısı olmaq istəsəniz belə PHP öyrənmək məcburiyyətindəsiniz.
Egər hələ də məmnun olmamısınızsa PHP-nin nə üçün mükəmməl proqramlaşdırma dili olduğunu göstərən səbəblər:
PHP ilə bir çox şey etmək mümkündür. Ancaq PHP ümumilikdə daha çox dinamik məzmun yaratmaq üçün istifadə edilməkdədir.
Əgər JavaScript ilə tanışsınızsa, JavaScript-in statik səhifəni daha dinamik və interaktiv etmək üçün istifadə olunduğunu da bilirsiniz. Bu səbəbdən PHP və JavaScript oxşar funksiyaları olan iki proqramlaşdırma dilidir.
Mövzu dinamik veb saytın qurulmasına gəldikdə, tamamilə JavaScript ilə işləyən veb sayt qurmaq mümkündür. Lakin, funksionallıq fərqli ola bilər.
JavaScript ilə siz siçan çevirmə effekti, avtomatik yoxlama və foto qalereya kimi sadə dinamik sayt yarada bilərsiniz . Lakin, siiz sosial şəbəkələr və e-ticarət kimi istifadəçin daha çox istifadə etdiyini saytları yarada bilməzsiniz. Bunu etmək üçün sizə PHP lazımdır.
Tutaq ki, siz sosial şəbəkəyə daxil olursunuz. Profilinizə baxmaq üçün PHP verilənlər bazanızdan məlumatları götürür və nəticələri brauzerinizə göndərir. Siz profilinizdə hər dəfə dəyişiklik etdikdə, PHP gələcək məlumatların axtarışı üçün yeni məlumatları saxlayacaq. Bütün bu proses sosial şəbəkəyə müxtəlif istifadəçilərə fərqli məzmun göstərməyə imkan verir.
Bu səbəbdən JavaScript və PHP rəqib deyillər. Hətta birlikdə gözəl dinamik veb saytı yaratmaq üçün istifadə edilir.
PHP çok məqsədli proqramlaşdırma dilidir. Daha çox saytda dinamik məzmunlar yaratmaq üçün istifadə edilir.
Açıq mənbə mühiti və əlverişli funksionallıqları səbəbindən geniş şəkildə istifadə edilməkdədir. Yeni başlayanlar üçün kifayət qədər sadədir, lakin peşəkar proqramçılar PHP-ni daha inkişaf etmiş özəlllikləri istifadə etməkdədir.
PHP-ni öyrənmək və anlamaq üçün şübhəsiz ki öz bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. İstədiyiniz formada bir veb sayt yarada bilmək, bacarıqlı WordPress proqramçısı ola bimək və hətta müəyyən zaman sonra istənilən veb saytı inkişaf etdirə biləcəksiniz!
Gördüyünüz kimi PHP-ni öyrənməmək üçün heç bir səbəb yoxdur. Ümid edirik bu məqalə də PHP nədir sualının cavabını öyrəndiniz.
Unutmayın! Proqramçı olmaq üçün heç vaxt gec deyil!
Orxan İsmayılov
Proqram təminatının inkişafı haqqında daha çox öyrənmək və təcrübənizi bölüşmək istəyirsinizsə, mənimlə əlaqə saxlamaqdan çəkinməyin. Daha çox məlumat üçün takibdə qalın!